ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri son bir ayda İŞİD-in 10 liderini məhv edib.
Bu sözləri Pentaqon sözçüsü Stiv Varren deyib.
O, havadan zərbələr zamanı Paris olayları ilə bağlılığı olan bir terrorçunun da öldürüldüyünü bildirib: "Suriyada öldürülən İŞİD üzvü Şərəf Mudeyin Parisdə terror aktı həyata keçirən Əbdülhəmid ilə əlaqəsi var idi. Onu 24 dekabrda öldürdük. O, Qərb ölkələrində yeni terror aktları həyata keçirməyi planlaşdırırdı”.
Axar.az