Prezident İlham Əliyevə məxsus twitter hesabından (@azpresident) Azərbaycanda siyasi iqtisadi proseslərlə bağlı qısa mesajlar paylaşılıb.

Ölkə başçısı bildirib ki, l Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan dünyaya 24 illik müstəqillik dövründə böyük zirvələrə çata bildiyini göstərib.

Prezident onu da vurğulayıb ki, 2016-cı ildə əsas vəzifə Azərbaycanda siyasi və iqtisadi proseslərin müsbət istiqamətdə getməsini, qarşıda duran məsələlərin həllini, əmin-amanlığı təmin etməkdir.

İ. Əliyev sonda "”2016-cı ildə "Formula-1” yarışı, 2017-ci ildə isə "İslam Həmrəylik Oyunları" ən yüksək səviyyədə keçiriləcək” deyə qeyd edib.