Suriyada atəşkəs imzalansa belə, Rusiya İŞİD-i bombalamağa davam edəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixayıl Boqdanov "İnterfaks” agentliyinə açıqlamasında deyib.
"Daxili savaşın dayandırılması üçün ölkədaxili qüvvələr arasında atəşkəs imzalanacaq. Bu, İŞİD-ə və digər terrorçu qruplaşmalara qarşı mübarizənin bitəcəyi anlamına gəlməməlidir”, - Boqdanov qeyd edib.