"Bu, bir təşəbbüsdür, ciddi müzakirəsinə ehtiyac var. ABŞ-la savaş Azərbaycana nə vəd edir və perspektiv olaraq biz tamamilə Rusiyanın istədiyi kursa yönəlirik, yoxsa müstəqil kursu davam etdiririk, bu sualları ilk öncə cavablandırmaq lazımdır".
Mia.az xəbər verir ki, bunu Sputnik-ə millət vəkili Fazil Mustafa Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsini şərh edərkən deyib.