Rusiya Prezidenti Vladimir Putin Brüssel danışıqlarına münasibət bildirib.

Paytaxt Moskvada təşkil edilən "İnternet iqtisadiyyatı” forumunda çıxış edən Kreml rəhbəri danışıqlar zamanı masadan qalxan Brüssel rəsmisinin bir avropalı kimi davranmadığını deyib: "Danışıqları pozan tərəfin Rusiya olduğunu söyləyirlər. Ancaq mübahisəli mövzuların müzakirə olunduğu toplantıda AB heyətinin başçısı "Oyun bitdi” deyib getdi. Bu bir avropalıya yaraşan hərəkət deyil. Buna baxmayaraq, danışıqlara qayıdacağımızı düşünürəm”.(Axar.az)