Ümid Partiyası bu gün baş verən devalvasiya ilə bağlı xüsusi bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatı olduğu kimi təqdim edirik:
"Bu gün, Mərkəzi Bankın qərarı ilə ölkəinin milli valyutası olan manat son on ay ərzində ikinci dəfə kəskin şəkildə dəyərini itirdi. Cari ilin fevral ayının 21-də 35%-ə qədər, indi isə təxminən 50% - ə qədər ucuzlaşan manatın, dəyəri ümumilikdə iki dəfəyə yaxın aşağı düşdü. Bu vəziyyət ölkəyə idxal edilən malların qiymətinin qalxmasına gətirib çıxarmaqla eyni zamanda ölkə əhalisinin sosial – iqtisadi vəziyyətinin ağırlaşmasına səbəb olacaq. Ümid partiyası əhalinin sosial – iqtisadi vəziyyətinin ağırlaşmasının qarşısının alınması üçün hökuməti dərhal aşağıdakı təsirli tədbirləri görməyə çağırır:
Büdcədən maliyyələşən işçilərin əmək haqqlarını, təqaüdçülərin və sosial yardım alan vətəndaşların pul gəlirləri indeksasiya edilsin; Üzən məzənnə siyasətinə keçidlə əlaqədar idxal olunan məhsulların qiymətlərinin artmasına adekvat olaraq kompleks tədbirlər həyata keçirilsin; Əhalinin banklarda olan əmanətləri indeksləşdirilsin; Hökumət neftin dünya bazarında ucuzlaşması fonunda yaranan büdcə kəsrlərini əhalinin hesabına doldurmaq siyasətindən imtina etsin; Üzən valyuta siyasətinə keçid nəzərə alınmaqla mütəmadi olaraq əməkhaqlarının, təqaüdlərin və sosial yardımların indeksləşdirilməsi siyasəti aparılsın; Ölkədə sosial – iqtisadi vəziyyətinin ağırlaşmasının qaqrşısının alınması üçün dərhal anti –böhran tədbirləri həyata keçrilsin; Ölkənin iqtisadi, maliyyə - kredit siyasətinin doğura biləcəyi siyasi fəsadların qarşısını almaq üçün dərhal müxalifətlə dialoqa başlanılsın, çıxış yolları birgə aransın, problemlərin həllində ortaq məsuliyyətlər müəyyən edilsin".