Dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşıb.

Axar.az "Blumberq”ə istinadən xəbər verir ki, "Brent” markalı xam neftin bir barrelinin qiyməti 2,98 faiz ucuzlaşaraq 36,80 dollara düşüb. "Brent” sonuncu dəfə 2008-ci ilin dekabrında 37 dollardan ucuz olub.

VTİ markalı neftin qiyməti isə psixoloji həddi keçib. Texas nefti 2,33 faiz dəyər itirərək 34,79 dollara düşüb. VTİ sonuncu dəfə 2009-cu ilin fevralında 35 dollardan ucuz olub.

Dekabrın 4-də OPEK-in gündəlik hasilatı 30 milyondan 31,5 milyon barrelə qədər artırmasından sonra birjalarda neft kəskin ucuzlaşıb.