Rusiya Xarici İşlər naziri Serqey Lavrov İtaliya mətbuatına açıqlamalar verib. 

Musavat.com xəbər verir ki, Lavrov Rusiya təyyarəsi vurulmadan əvvəl prezident Vladimir Putin hava sərhədinin pozulması səbəbi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan şəxsən üzr istədiyini bildirib.

Nazir onu da bildirib ki, Türkiyə ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın üzvüdür və onlar məqsədin terrorçuları bombalamaq olduğunu bilməli idilər.