Polis Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovu saxlayıb.
"Report”un xəbərinə görə, N.Kərimov şəxsi avtomobili ilə qəsəbədən çıxarkən Nardaranın giriş-çıxışında qurulmuş postda tutulub. Onun Sabubçu rayon Polis İdarəsinə aparıldığı bildirilir.
Qeyd edək ki, mətbuatda Məşədi Natiq Kərimovun MTN-in həbsdə olan keçmiş yüksək rütbəli zabitləri ilə əlaqəsi olması barədə xəbər yayılıb.