Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlunu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verib.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və Baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.




14:31
***
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
