Rusiya Baş naziri Dmitri Medvedyev Türkiyəyə qarşı nəzərdə tutulan iqtisadi sanksiyalar haqqında sərəncam imzalayıb.

Sərəncamda Türkiyə və Rusiya arasında iqtisadi sahədə aparılan hökumətlərarası əməkdaşlığın dayandırılması qeyd olunub.

Sərəncamda yer alan digər bəndlər isə bunlardır:

Türkiyə və Rusiya arasındakı uçuşlarla bağlı təhlükəsizlik tədbirləri artırılacaq.

Dekabr ayının 10-a qədər fəaliyyəti məhdudlaşdırılacaq Türkiyə şirkətlərinin siyahısı hazırlanacaq.

Türkiyədən gətirilən meyvə-tərəvəz növlərinə qadağa təsdiq edilir. Bunların içərisində portağal, mandalin, üzüm, şaftalı, ərik, çiyələk və pomidor da var.

Bundan əlavə, Türkiyə qeydiyyatı olan TIR-ların Rusiya ərazisində hərəkəti məhdudlaşdırıla və yaxud tamamilə qadağan edilə bilər.

Axar.az