Türkiyədə iki general və ehtiyatda olan polkovnik həbs edilib.
Bu barədə AzVision.az "Anadolu” Agentliyinə istinadən xəbər verir. Onlara qarşı hərbi komandirlərə qarşı terror qruplaşmaları yaratmaq, onlara rəhbərlik etmək, həmçinin casusluq və ölkədə dövlət çevrilişinə cəhd maddələri üzrə ittiham irəli sürülüb.
Generallar İbrahim Aydın, Hamza Çelepoğlu və polkovnik Burhəddin Cahangiroğlu Türkiyə Milli Təhlükəsizlik Nazirliyinə (MİT) məxsus olan yük maşınları işi üzrə izahatdan sonra həbs ediliblər.