Rusiyanın Suriyada İŞİD-ə zərbə endirən təyyarələrini bundan sonra qırıcılar müşayiət edəcək.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bundan başqa, "Moskva” kreyseri Türkiyə ilə 60 kilometrlik məsafədə yerləşən Lazkiye sahillərinə yerləşdiriləcək və o da hava hücumundan müdafiəyə cavabdeh olacaq:

Baş Qərargah isə xəbərdarlıq edərək bildirib ki, potensial təhlükə yaradan bütün məqsədlər məhv ediləcək.

Bundan başqa, Rusiya Türkiyə ilə bütün hərbi əlaqələrinə son qoyduğunu elan edib.