Bu gün Türkiyənin yeni Nazirlər Kabinetinin tərkibi müəyyən olub. 

Baş nazir Əhməd Davudoğlu yeni hökuməti açıqlayıb. 

Prezident Rəcəb Tayyib Ərdoğan isə 64-cü hökumətin tərkibini təsdiqləyib. 
Davudoğlu deyib ki, bütün nazirlər gərgin iş qrafiki ilə çalışacaqlar: "Seçim zamanı təcrübəli nazirlərlə yeni nazirlərin birlikdə çalışacaqlarını nəzərə almışıq. Onların missiyası bu torpaqlarda sevgi toxumları əkməkdir". 

Yen Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir:
 
Baş nazir - Əhməd Davudoğlu

Baş nazirin köməkçiləri:
 
Numan Kurtulmuş 
Mehmet Şimşək 
Yalçın Akdoğan
Tuğrul Türkeş
Lütfi Elvan

Ədliyyə naziri - Bekir Bozdağ 
Ailə və sosial siyasət naziri - Səma Ramazanoğlu 
Avropa Birliyi naziri - Volkan Bozkır
Elm, Sənaye və texnologiya naziri - Fikri İşıq 
Əmək naziri - Süleyman Soylu 
Ətraf mühit və şəhərsalma naziri - Fatma Güldemir Sarı 
Xarici işlər naziri - Mövlud Çavuşoğlu 
İqtisadiyyat naziri - Mustafa Elitaş 
Enerji naziri - Berat Albayrak (R.T.Ərdoğanın kürəkəni)
Gənclik və idman naziri - Akif Çağatay Kılıc
Qida və heyvançılıq naziri - Faruk Çelik 
Gömrük naziri - Bülent Tüfekçi 
Daxili işlər naziri - Efkan Ala 
İnkişaf naziri - Cevdet Yılmaz 
Mədəniyyət və turizm naziri - Mahir Ünal 
Maliyyə naziri - Naci Ağbal 
Təhsil naziri - Nabi Avcı
Müdafiə naziri - İsmət Yılmaz 
Meşə və su işləri naziri - Veysel Eroğlu 
Səhiyyə naziri - Mehmet Müezzinoğlu 
Rabitə naziri- Binali Yıldırım

ANS