Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyaya məxsus döyüş təyyarəsinin vurulması və buna görə Rusiya tərəfinin narazılıqlarına sərt cavab verib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Türkiyənin təhlükəsizliyinə xələl gətirəcək istənilən addımı cavabsız qoymayacaqlarını deyib: ""Türkiyənin dincliyini və təhlükəsizliyini təminat etmək üçün nə lazımdırsa edəcəyimizə bütün dünyanın xəbərdar və əmin olması lazımdır”.