YAP Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü ilə bağlı Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının (PA) hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və digər şəxslər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarı önünə əklil qoyublar.
Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub.