Fransa senatı ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasını təsdiqləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Senat sədri Bernar Larşe bildirib.

Onun sözlərinə görə, səsvermədə 348 senator iştirak edib, onlardan bir neçəsi bitərəf qalıb.

"348 nəfərdən 336-sı qərarın lehinə səs verib. Beləliklə, qanun layihəsi qəbul olunaraq təsdiqlənib”, - deyə Fransa parlamenti yuxarı Palatasının sədri bildirib.