Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son qurultayının nəticələrini və Əli Kərimlinin yenidən partiyaya sədr seçilməsi ilə bağlı müraciəti qeydə almayıb.
Bu barədə məlumatı Əli Kərimli öz "Facebook” səhifəsində yazıb. O, nazirliyin partiyanın son qurultayının nəticələri ilə bağlı sənədləri geri qaytardığını qeyd edib.
Bildirib ki, Ədliyyə Nazirliyinin qurultayın nəticələrini qəbul etməməsinə səbəb Razi Nurullayevin də quruma AXCP "Etimad qurultayı” adlı sənəd təqdim etməsi olub. Nazirlik mübahisəli məsələnin həlli ilə bağlı hər iki tərəfin məhkəməyə müraciət etməli olduğunu bildirib.