Bu gün Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutun həbsdə olan sədri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Prosesdə A. Yunusun ev dustaqlığına buraxılması barədə şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin edib, onun ev dustaqlığına buraxılması barədə qərar qəbul edib.