İclasda noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərələ bağli müzakirələr aparılıb. Həmçinin, son aylarda ölkədə yaranmış durumlarla bağlı məsələlər iclasın müzakirə mövzusu olub.
İdarə Heyəti gündəlikdə duran bir sıra təşkilati məsələlərə baxıb. Füzuli, Cəbrayil rayon təşkilatlarında keçirilmiş növbədənkənar konfranslarda seçilmiş sədrləri təsdiq edilib. MMP sıralarına yeni üzvlər qəbul edib, o cümlədən, iqtisad elmlər doktoru, professor Səfərov Müstəcəb Mustafa oğlunun partiya sıralarına qəbul olunmaq üçün verdiyi ərizəyə baxılmış və partiya sıralarına qəbul edilib.
İidarə Heyetində bundan əvvəlki iclaslarda qəbul etdiyi qərarların icra vəziyyəti barədə sədr müavini İntiqam Məmmədovun hesabatı dinlənilib. Tövsiyə olunub ki, bundan sonra da qərarların icrasına nəzarəti daim diqqət mərkəzində saxlanılsın.