Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Topantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi prioseslər əsas müzakirə obyekti olub.
Mia.az-a partiyadan daxil olan məıumata görə, toplantı iştirakçıları ilk növbədə ölkədə keçirilən son parlament seçkilərinin nəticələrinə münasibət bildirib, seçkilərin Azərbaycanda bu vaxta qədər keçirilən digər seçkilərdən daha aşkar qanun pozuntuları ilə müşayət olunan, seçicilərin etimadına əsaslanmayan, beynəlxalq müşahidəçilərin seçkinin monitoriqindən imtina etdiyi, rəqabət mühitinin olmadığı seçki kimi dəyərləndirib.
İdarə heyəti bu seçkilərlə Azərbaycanda
parlamentizmin tamamilə iflasa uğradığını qeyd edib, ölkəmizin hazırda düşdüyü
siyasi-iqtisadi böhranlı vəziyyətin ardınca çox ciddi sosial böhranın olacağını,
bununla da ölkədə proqnozlaşdırılması mümkün olmayan zərərli kütləvi hadisələrin
baş vermə mümkünlüyünü diqqətə çatdıraraq, bütün bunlardan siyasi partiya
olaraq dərin narahatlığını bildirib. ADP İdarə Heyəti gözlənilən sosial böhran
və sosial-siyasi kataklizmlərin qarşısını almağın yeganə yolu kimi hakimiyyətin
radikal siyasi islahatlar həyata keçirməsi, təcili olaraq ölkənin real siyasi
qüvvələrini əhatə edən dialoq prosesinə başlamasını vacib hesab etdiyini
açıqlayıb.
İdarə Heyəti qardaş Türkiyədə
baş tutan seçkiləri dinc, demokratik, ölkənin istiqrarını təmin edən, etimada
layiq bir seçki kimi dəyərləndirib və bu seçkilərin Türkiyənin tutduğu
demokratik yoldan dönməzliyini, xalqına güvəndiyini özündə əksə etdirən bir hadisə
olduğunu diqqətə çatdırıb. Demokratik və şəffaflıq şərtləri ilə keçirilən bu
seçkilərin Türkiyənin gələcək həyatında mühüm rol oynayacağına diqqət çəkən partiya
yetkilələri əldə edilən siyasi nailiyyətlərinə görə qardaş ölkə hökumətinə təbrik
məktubu göndərib və bundan sonrakı dövrdə Türkiyə Cümhürriyyətinin daxili və xarici siyasətində daha güvənili
olacağına, iç və dış təhdidlərə qarşı yekdil mübarizə aparacağına, bölgədə, eləcə
də dünyada özünə layiqli yer tutacağına əminliyini ifadə edib.
İdarə Heyəti Misirdə Rusiya təyyarəsinin qəzaya uğraması nəticəsində
çox saylı insanın həlak olmasından ciddi narahat olduğunu bildirib və baş verən
insan təlafatı ilə bağlı ölənlərin doğmalarına və Rusiya xalqına dərin hüznlə
baş sağlığı verib və Rusiyanın Bakıdakı səfirliyinə baş sağlığı ifadə olunan məktub
göndərməyi qərara alıb.