"Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bütün seçki məntəqələrində məşvərətçi müşahidəçilərimin seçki prosesini müşahidə etməyə qadağa qoyub”.
Bunu Avrasiya.net-ə 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədliyini verən tanınmış politoloq Ərəstun Baxşəliyev bildirib.
Onun sözlərinə görə, icra başçısının tapşırığı ilə məşvərətçi müşahidəçilərimi prosesi izləməyə icazə verməyiblər: "Rayondakı bütün seçki məntəqləri dağıdılıb, müşahidəçilərə hədə-qorxu gəlinib. Mən prosesin belə başlayacağını heç gözləməzdim. iCra başçısının seçki prosesinə belə müdaxilə etməsi onu deməyə əsas verir ki, nəticələr indidən saxtalaşdırılıb”.