Müsavatın seçkidən geri çəkilmə qərarına bu gündək əməl etməyən 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizəd İkram İsrafil az öncə, daha dəqiqi, oktyabrın 31-i, saat 20 radələrində qərarını açıqladı.

Mia.az xəbər verir ki, İkram İsrafil partiyanın qərarına uyğun olaraq seçkidən imtina etdiyini açıqlayıb.

Bu barədə o, "Facebook"da bildirib ki, qərarını belə gec açıqlamasının səbəbini partiyadaxili müzakirədə izah edəcək: "Bu kampaniya dövründə yanımda olan, zəhmət çəkən, görüşlərimdə iştirak edən dəyərli insanlara içdən gələn sevgi və sayğılarımı bildirirəm. Hər birinə təşəkkür edirəm!".

Xatırladaq ki, sözügedən dairədən YAP-ın namizədi məktəb direktoru olsa da, hakim dairənin parlamentdə görmək istədiyi şəxs, əslində, hazırkı deputat, dərman monopolisti Cavanşır Feyziyevdir. 

Mia.az