Misirdə Rusiyaya məxsus "Airbus-321” laynerinin qəzaya uğradığı ərazidən təxminən 100 nəfərin meyiti tapılıb.
"Reuters”in məlumatına görə xilasedicilər meyitlərin arasında sağ qalanların olduğunu ehtimal edirlər. Cəsədlərin 5-i uşaqdır.
Qeyd edək ki, qəza nəticəsində təyyarə iki yerə parçalanıb. Ölənlərin sayı barədə dəqiq məlumat verilmir. Təyyarədə olan 214 sərnişindən 17-i yaşı 2-17 arası olan uşaqlardır.
Misirin baş naziri Şerif İsmayıl da əraziyə baş çəkib. Hadisə yerinə 45 təcili yardım maşının göndərildiyi xəbər verilir.