Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Avropa Şurasının nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Bu barədə mia.az-a H.Hacıyev özü məlumat verib. Partiya sədri deyib ki, görüş Avropa Şurasının nümayəndə heyəti tərəfindən dəvət nəticəsində baş tutub.

"Onlar tərəfdən dəvət gəldi və mən də qəbul edərək görüşdə iştirak elədim. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, noyabrın 1-də keçiriləcək parlament seçkiləri ətrafında fikir mabadiləsi apardıq. Ümumilikdə görüşü müsbət qiymətləndirmək olar", - deyə H.Hacıyev bildirib.