Müsavat Partiyasının sabiq başqanı qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina edib.

Modern.az saytının məlumatına görə İsa Qəmbər bildirib ki, 15 saylı Birinci Yasamal Seçki Dairəsindən deputatlığa namizədliyini geri götürür.

O bununla bağlı ərizə yazıb.

Qeyd edək ki, İsa Qəmbərin namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüşdü. Bu gün Müsavat Partiyası seçkidə iştirakdan imtina etdiyini açıqlayıb.