Ümid Partiyasının yoxa çıxdığı xəbəri yayılan sədr müavini, deputatlığa namizəd Ramin Hacılının yeri müəyyənləşib.
Mia.az APA-ya istinadən xəbər verir ki, R. Hacılının şəxsi problemləri ilə əlaqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.
R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də açıqlamasında onun tapıldığını təsdiqləyib: "Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.

Ramin Hacılı