Mia.az AzVision.az-a istinadən xəbər verir ki, həmin vəzifəyə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini Baba Salayev təyin edilib.
Yeri gəlmişkən, onu da bir daha qeyd edək ki, Hikmət Məmmədov nöqsanlara görə vəzifəsinii itirib. Onun dövlət vəzifəsiylə yanaşı, bizneslə məşğul olduğu, Bakı və rayonlarda çoxsaylı evləri, obyektlərinin olduğu, hətta qudası ilə kənd təsərrüfatı məhsulları istehsal edən böyük parniklərinin də olduğu bildirilir.
Mia.az bunlarla bağlı araşdırmalarını tamamlamaq üzrədir. Yaxın günlərdə oxucuları həmin sensasion məlumatlarla tanış edəcəyik.
Mia.az