Suriya prezidenti Bəşər Əsəd dünən gecə gözlənilmədən Rusiyaya işgüzar səfərə gedib.

Bəşər Əsəd dövlət başçısı Vladimir Putinlə təkbətək görüşüb. Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, əsas müzakirə mövzusu terrorçu-ekstermist qruplaşmalara qarşı mübarizə, Rusiyanın bu ölkədə başlatdığı hərbi əməliyyatlara dair olub:

" Prezident Suriyadakı vəziyyətlə, gələcək planlarla bağlı detallı şəkildə məlumatlandırılıb”.

Bəşər Əsəd isə bildirib ki, əgər Rusiyanın müdaxiləsi olmasaydı, regionda yayılan terrorizm daha geniş əraziyə yayıla bilərdi.