Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, AXCP adında bir təşkilat tanıyır və bu, Əli Kərimlinin AXCP-sidir. Razi Nurullayevin yaratdığı isə tamamilə başqa təşkilatdır. 

Arif Hacılı bu barədə facebook sosial şəbəkəsində status yazıb və qeyd edib ki, hətta Ədliyyə Nazirliyinin belə qəbul edəcəyi hər hansı qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək: 

"Müsavat Partiyası AXCP adında yalnız bir təşkilat tanıyır. Bu təşkilat öz qurultayını sentyabr ayının  27- də keçirərək növbəti dövr üçün rəhbərliyini seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqa təşkilatdır. Ədliyyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək”.