Azərbaycan Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 29-cu sessiyasına qatılmaqdan imtina edib.

Bu barədə Konqresin mətbuat katibliyindən bildirilib. Buna səbəb isə bu il sentyabrın 18-də Konqresin Monitorinq Komitəsinin Polşanın Varşava şəhərində keçirilmiş toplantısında Azərbaycanla bağlı bəyanat qəbul edilməsi olub. (APA)

 Azərbaycan nümayəndə heyəti bu bəyanatı qərəzli hesab edərək, Konqresin budəfəki sessiyasının işinə qatılmaqdan imtina edib. Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 29-cu sessiyası bu gün öz işinə başlayıb.