Gün ərzində Milli Təhlükəsizlik Nazirliyində baş verən proseslərlə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Trend-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub.