Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev sərancam imzalayaraq Eldar Mahmudovu Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edib. 

Hakim Yeni Azərbaycan Partiyasının millət vəkili Aydın Mirzəzadə prezidentin sərancamı ilə bağlı Hafta.az-a açıqlama verib:

"Nazirləri vəzifəyə təyin edib, onları vəzifəsindən azad etmək dövlət başçısı İlham Əliyevin birbaşa səlahiyyətində olan məsələdir. Cənab prezident bu vəzifəsindən istifadə edərək Eldar Mahmudovu işindən azad edib. Burada qeyri-adi heç nə yoxdur. Sözsüz ki, ölkə başçısı atdığı hər bir addımı ölkəmizin inkişafı, rifahı üçün edir”.