Bu gün Qazaxıstanda keçirilən MDB ölkələri dövlət başçılarının sammitində kuryoz hadisə baş verib.

Virtualaz.org saytı qazax KİV-lərinə istinadən xəbər verir ki, sammitdə qonaq kimi iştirak edən Qazaxıstan Tennis Federasiyasının prezidenti, milyarder Bulat Utemuratov öz ölkəsinin prezidenti Nursultan Nazarbayevə selfi çəkdirməyi təklif edib.

Amma videodan da göründüyü kimi, bu təklif Nursultan Nazarbayevin xoşuna gəlməyib və o, milyarderi özündən kənara itələyib.