Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Mia.az-a MSK-dan verilən məlumaa görə, iclasda əvvəlcə Komissiyanın 8 oktyabr və 9 oktyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiya tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

İclasda MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişiklik olunub.

Komissiyanın iclasında 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılaraq, müvafiq qərarlar da qəbul edilib.