"Azərenerji” ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.

Mia.az Report-a istinadən xəbər verir ki, bu sözləri "Azərenerji” nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək”.

Qeyd edək ki, "Azərenerji”nin əməkdaşlarının bir hissəsi iyul, digər hissəsi isə avqust ayından etibarən əməkhaqqı almırlar.