1 noyabrda Milli Məclisiə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov namizədliyini geri götürməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: "Azay Quliyevi 15 ildir ki, tanıyıram. Mənim namizədliyimi götürməyimlə Azay Quliyevə heç bir rəqib qalmadı. 8 saylı Binəqədi birinci seçki dairəsində Azay Quliyev şəriksiz deputat seçiləcək. Fikrimcə, Azay Quliyev millət vəkili adını daşımağa daha layiqdir”.

Yaydığı açıqlamada  Q. İsaqov seçiciləri və tərəfdarlarını seçkidə rəqibi - namizəd Azay Quliyevə səs verməyə çağırıb: "Əziz seçicilər! Mənim qarşımda qaldırdığınız tələblərin hamısını bu seçkidə sizin deputatınız olacaq Azay Quliyevə ünvanlayın. Onunla daima görüşün, onunla birgə problemlərinizi həll edin!”.