Əməkdar artist Elza Seyidcahan seçki kampaniyasına başlayıb. 

Mia.az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin "Nə gec, nə tez, tam zamanında gəldim” şüarı ilə hazırlanan reklam kağızları namizəd olduğu ərazinin müxtəlif yerlərində yayılıb. 

Qeyd edək ki, E.Seyidcahan öz namizədliyini 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən irəli sürüb.