Xəbər verildiyi kimi, 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən 4 nəfər namizədliyini geri götürüb. Onlar məktəb direktorları Tofiq Mirzəyev, İfaddin Əliyev, sahibkarlar Dilqəm Saadov və Hafiz Əmirslanovdur.
Həmin dairədən deputatlığa namizəd Nazim Məmmədov özünün "Facebook" səhifəsində rəqiblərininin seçkidən imtinasnıı belə dəyərləndirib:
"Hamı başa düşür ki, yarış mənimlə indiki deputatın arasında gedir. O deputatın ki, insanlar onu hər görüşdə "pisikdirirlər". Amma o da ona irad tutanları "Siz hakimiyyətə qarşı çıxırsınız", - deyə, şantaj edir. Bu hərəkətlərə görə utanmaq lazımdır, utanmaq. Şantaj əvəzinə, 10 ildə heç olmasa 5 dəfə seçicilərin yanında olmaq, bir-iki məsələ haqqında danışmaq lazım idi, cənab deputat!”