Tanınmış vəkil, Müsavat Partiyasının Divan üzvü Osman Kazımovun bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərində namizədliyi qeydə alınmayıb.

Bu barədə AzNews.az-a vəkilin özü məlumat verib. Qeyd edək ki, O.Kazımovun namizədliyi 84 saylı Füzuli Seçki Dairəsindən irəli sürülüb. Xatırladaq ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı deputat Bahar Muradovadır.