"Putin bizim deyil, Əsədin müttəfiqidir”.
Bu barədə məlumatı Fransa prezidenti Olland "ARTE” telekanalında çıxışı zamanı bildirib.
Rusiyanın Suriyadakı hava əməliyyatlarının terror təşkilatı DAEŞ-i hədəfə almadığını bildirən F.Olland "Rusiya hazırda Suriya məsələsində bizim müttəfiqimiz deyil, lakin nə vaxtsa siyasi həll axtarışında olaraq, İŞİD-ə aid hədəfləri vursa, bizim müttəfiqimiz olacaq. Mən də belə olmasını arzu edirəm”, - deyə, qeyd edib.
F.Olland cümə günü Sarayda görüşdüyü V.Putinə Rusiyanın İŞİD hədəflərini vurmalı olduğunu təlqin etdiyini də bildirib(Musavat.com).
Qeyd edək ki, ötən həftə Fransa qırıcı təyyarələri ilk dəfə Suriyanın şərqindəki İŞİD hədəflərini vurmuşdu.