Mütəllim Rəhimlinin namizədliyi rəsmən təsdiqləndi.
Mia.az xəbər verir ki, Ədalət Partiyasının sədrinin müavini, fəlsəfə elmləri
namizədi Mütəllim Rəhimli Milli Məclisə öz namizədliyini 16 saylı Yasamal
ikinci seçki dairəsindən irəli sürüb. 550 imza toplayaraq, digər tələb olunan sənədlərlə
birgə dairə seçki komissiyasına təqdim edən Mütəllim Rəhimlinin namizədliyi
artıq rəsmən təsdiq olunub. Xatırladaq ki, bundan əvvəl Partiyanın sədri İlyas
İsmayılovun namizədliyi 106 saylı
Tovuz-Qazax-Ağstafa seçki dairəsi tərəfindən təsdiqlənmişdi.