Səriyyə Seyidovanın Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsinə razılıq verilməsi məsələsinə baxılıb.
"Qafqazinfo” xəbər verir ki, bu məsələyə parlamentin bugünki iclasında baxılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov qeyd edib ki, prezident növbəti dəfə ona etimad göstərib: "Biz də Milli Məclis olaraq onun yenidən təyinatına razılığımızı verməliyik”.
Müzakirələr açılmadan parlament üzvləri sözügedən təyinata razılıqlarını veriblər.