Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına Silahlı Qüvvələrdən xaricdə istifadə olunması məsələsi ilə bağlı müraciət edib. Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı parlamentin yuxari palatasının spikeri Valentina Matviyenko məlumat verib. İclas mətbuat üçün qapalıdır. Matviyenko rus ordusunun hansı regionda istifadə olunacağı ilə bağlı heç bir məlumat verməyib. Məruzəçilər arasında RF Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə komitəsinin sədri Viktor Ozerov, Federasiya Şurasının beynəlxalq komitəsin sədrinin birinci müavini Vladimir Cabbarov var. Ən son məlumatlara görə, Federasiya Şurası Rusiya Silahlı Qüvvələrinə xaricdə hərbi əməliyyatlara başlamağa icazə verib. Qeyd edək ki, sonuncu dəfə Şura 2014-cü ilin martında Rusiya Silahlı Qüvvələrindən Ukraynanın ərazisində, Krım Muxtar Respublikasında istifadə olunmasına icazə verib.