"Bu ilin sentyabr ayına olan hesablamalar göstərir ki, son bir ildə neftin dünya bazarında uculaşması səbəbindən Azərbaycanın birbaşa itkiləri 6,6 milyard dollar olub”.

Mia.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, qiymət ucuzlaşmasına görə daha çox itkilər xam neft ixracatında qeydə alınıb: "Neft məhsullarının və təbii qazın xaricə satışından da gəlirlər azalıb. Bu səbəbdən Azərbaycanın itkiləri orta hesabla ayda 550 milyon, gündə isə 18 milyon 333 min dollar təşkil edib”.