Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər Milli Məclisin deputatlığına namizəd kimi dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.
YAP-dan verilən xəbərə görə, bununla da, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınana siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.
1 noyabr 2015-ci il tarixə təyin edilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb.
Uğurla başa çatana imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilən 1226 nəfər iştirak edib.
YAP-ın bütün namizədləri qeydə alındı
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51