Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun namizədliyi 116 saylı Qəbələ seçki dairəsindən qeydə alınıb. 

Mia.az MSK-ya istinadən xəbər verir ki, Fəttah Heydərovun namizədliyi bitərəf kimi təsdiqlənib.

Xatırladaq ki, F.Heydərov 1995-ci ildən deputat mandatı daşıyır.  Onun hazırda namizəd olduğu dairədən isə Yeni Azərbyacan Partiyası (YAP) heç kimin namizədliyini irəli sürməyib. O, nazir Kəmaləddin Heydərovun atasıdır.