Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak edən S. Lavrov həmsədrlərlə (Ceyms Uorlik, İqor Popov və Pier Andryu) görüşüb. Görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlarla bağlı Lavrova məlumat veriblər.