Qərb hələ də etibarlı radioəlaqəyə malik deyil.   

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Avropadakı qoşunlarının komandanı general Ben Xodjes söyləyib. Onun sözlərinə görə, Qərb əməliyyatlara nəzarət üçün heç bir vahid sistem yaratmayıb:  

"Biz həmçinin artilleriya silahlarının vahid radar sisteminə də malik deyilik. Bütün bunlar bizi Rusiya qarşısında zəif göstərir. Əgər müharibə başlasa, o zaman biz çox ləng hərəkət edəcəyik”.