Noyabrın 1-də baş tutacaq parlament seçkisinə qatılacağını xeyli əvvəldən bəyan edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrət bu gün iddiasından geri çəkilib.
Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib:
"Dostlar, öncədən elan etmişdim ki, deputatlığa namizədliyimi irəli sürəcəm. Amma hazırda şərtlər uyğun olmadığı üçün iddiamdan vaz keçməyi qərara alıram. Bu iddiamda mənə inanan, güvənən və həvəslə yardım etmək istəyən bütün dostlara və tərəfdarlarıma təşəkkür edirəm. Eyni zamanda, üzr istəyirəm ki, sizin ümidlərinizi özümdən asılı olmayan səbəblərə görə bu dəfə doğrulda bilmədim".